"Xəzər Lənkəran"ın italiyalı məşqçiyə 200 min dollardan çox borcu qalıb
Futbol
- 14 fevral, 2022
- 16:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Klubun mənə 220 000 ABŞ dollarından çox borcu qalıb".
Bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre deyib.
İtaliyalı mütəxəssis bildirib ki, bu məbləğin yarısını güzəştə getməyə hazırdır: "Yetər ki, digər hissəsini qaytarsınlar. Amma açığı, buna inanmıram. Çünki klub çoxdan müflis olub".
Melkiorre borc məsələsinə görə FIFA-ya müraciət etdiyini söyləyib: "Amma bu, çoxdan olub. Sadəcə, klub dağıldıqdan sonra həmin məsələ də bağlandı".
Qeyd edək ki, Canni Melkiorre "Xəzər Lənkəran"la yanaşı, "Neftçi"də çalışıb. O, hazırda Türkiyənin "Alanyaspor" klubunda fəaliyyət göstərir.
Son xəbərlər
00:40
Foto
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubileyi münasibətilə konsert təşkil olunub
Media
00:35
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
İKT
00:25
Kriptovalyuta bazarında bir gündə likvidasiyaların həcmi 2 milyard dolları ötüb
Biznes
00:08
Video
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Hadisə
23:53
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumlarına məruz qalıb
İKT
23:23
Çin və ABŞ hərbçilər arasında potensial insidentlərin qarşısını almağa çalışırlar
Digər ölkələr
22:59
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
Digər ölkələr
22:36
Video
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Hadisə
22:21
Video
Sumqayıtda güclü külək elektrik dirəyini aşırıb, yaşayış massivi işıqsız qalıb
Hadisə