Xabi Alonso: "Gərgin və çətin oyun alındı"

Xabi Alonso: "Gərgin və çətin oyun alındı" "İlk hissədəki nəticə yaxşı deyildi"
Futbol
8 Mart , 2024 00:13
Xabi Alonso: Gərgin və çətin oyun alındı

"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".

"Report"un məlumatına görə, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı düşünəcəyik".

Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi".

O, "köhlən atlar"ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: "Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir. Onlar uzun müddət avrokuboklarda çıxış edirlər. Çempionlar Liqasında "Atletiko" ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür, Bundesliqada mübarizə apara bilərlər".

Son xəbərlər

Orphus sistemi