Vüqar Nadirov: "Qarabağ" Fransada baxımlı oyun sərgilədi"

Vüqar Nadirov: "Qarabağ" Fransada baxımlı oyun sərgilədi" "Qarabağ" Fransada baxımlı oyun sərgilədi".
Futbol
18 Fevral , 2022 16:38
Vüqar Nadirov: Qarabağ Fransada baxımlı oyun sərgilədi

"Qarabağ" Fransada baxımlı oyun sərgilədi".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov komandanın Fransada "Marsel"ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

35 yaşlı keçmiş hücumçu "köhlən atlar"ın qarşılaşmanın əvvəlindən istəkli olduğunu bildirib: "Əlimizə düşən bəzi şanslardan istifadə edə bilmədik. 4-5 qol epizodumuz var idi. Onlardan istifadə etsəydik, rəqib tələskənliyə düşəcəkdi və daha sonra onları əks-hücumlarda da tutmaq olardı. Komandamız həqiqətən yaxşı çıxış etdi. Sadəcə, qolu gec vurduq".

Nadirov "Qarabağ"ın rəqibin adından çəkinmədiyini sözlərinə əlavə edib: "Sadəcə, Fransa klubu əllərinə düşən ilk fürsətdən istifadə etdilər və şansları əldən buraxmadılar. Qol vuranda futbolçularda ruh yüksəkliyi olur və inam artır. Görüşdə hesabı biz də aça bilərdik, amma sanki son nöqtəni qoymaqda çətinlik oldu. "Marsel"in fiziki cəhətdən də yaxşı komanda olduğu görsənirdi. Nəzərə almalıyıq ki, Liqa 1-də ikinci sıradadırlar. Amma onlara qarşı oynamaq olar. "Qarabağ" da bunu sübut etdi".

Sabiq forvard Azərbaycan təmsilçisinin Bakıda yaxşı nəticə əldə edəcəyinə inandığını söyləyib: "İstənilən qələbə bizimdir. Oyunu əlavə vaxta aparmaq üçün ən azı iki qol vurmalıyıq. "Marsel" bizim azarleşləri də görəcək, istər-istəməz təzyiq hiss edəcəklər. Düşünürəm ki, hələlik heç nə bitməyib".

Vüqar Nadirov
Vüqar Nadirov

Nadirov qarşılaşmadakı erməni təxribatından da söz açıb: "Meydandakı oyunçularımızı təxribatları ilə narahat etmək istəyirdilər. Erməni fanatlar hər cür təxribata əl atırdılar. Amma biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, "Qarabağ" Azərbaycandır. Allah şəhidlərimizə rəhmət etsin və qazilərimizə şəfa versin".

O, 2014/2015 mövsümündə Fransada "Sent Etyen"lə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununu xatırlayıb: "Həmin görüşdə bizim azarkeşlərimiz 2-3 saat stadionda qalmışdı. Hətta avtobusumuzu belə yumruqlayır, təxribat etmək istəyirdilər. Amma biz o təxribata getmədik. Demək olar ki, hər şeyə əl atırdılar. Amma biz futbol oynamışıq və siyasətə qarışmamışıq. "Marsel" növbəti həftə Bakıya gələcək və əsl azarkeşin necə olduğunu görəcək".

"Sent Etyen"lə matçdakı yeganə qolun müəllifi olmuş forvard "Həmin vaxt epizodun əvvəlində topu əl ilə qəbul etmişdinizmi" sualına belə cavab verib: "Orada əsas çiyin idi və mən onu bir anlıq etdim. Hakim digər tərəfdə idi və bir anlıq edib topu başımın üstündən atdım. Bunu gec etsəydim, hakim reaksiya verə bilərdi. Həmin vaxt VAR sistemi də yox idi. Bu, bir anda alındı və etdim. Başqa variant da yox idi".

Son xəbərlər

Orphus sistemi