"Vulverhempton"un baş məşqçisi: "Renat Dadaşovun "Liverpul"a qol vurması yaxşı haldır, o, komandamıza kömək etdi"

"Vulverhempton"un baş məşqçisi: "Renat Dadaşovun "Liverpul"a qol vurması yaxşı haldır, o, komandamıza kömək etdi" İngiltərə Vulverhemptonunun 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz heyətdə yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov barədə fikirlərini bölüşüb.
Futbol
31 Yanvar , 2020 09:33
Vulverhemptonun baş məşqçisi: Renat Dadaşovun Liverpula qol vurması yaxşı haldır, o, komandamıza kömək etdi

İngiltərə "Vulverhempton"unun 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz heyətdə yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov barədə fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, Kollinz Dadaşovla əla münasibətdə olduğunu bildirib. Onun fikrincə, gənc forvard böyük ürəyə və meydanı idarə etmə bacarığına malikdir.

"Biz onun oyunu üzərində işləyəndə az vaxt sərf edirik. Sanki bir Roy Roversdir. O, nəyisə özü etməyi sevir" deyən baş məşqçi Dadaşovun U-23 komandasının heyətində "Liverpul"a qol vurduğu matçdakı çıxışından da danışıb: "Düşünürəm ki, bu qarşılaşmada o, işini gördü və komandamızın hücum xəttini yaxşı tərəfdən göstərdi. Qol vurması da yaxşı haldır, komandamıza kömək etdi. Bunun üzərində işləməli və daha çox fərqlənməlidir. Görüləsi işi çoxdur və çalışmağa hazırdır. Renat səhər yuxudan oyananda işlədiyin vaxt sənə hər şeyi verməyə hazır olan oyunçulardan biridir. Bu gecə o, bunu bacardı".

Qeyd edək ki, Renat Dadaşov "Liverpul"u Beynəlxalq Premyer Liqa Kubokunun qrup oyununda 47-ci dəqiqədə məyus edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi