"Vorskla"nın kapitanı: "Bakıdan xalla getmək istəyirik"

"Vorskla"nın kapitanı: "Bakıdan xalla getmək istəyirik" Bakı. 25 oktyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının III turunda qarşılaşacağı Ukraynanın Vorskla klubunun futbolçusu Vladimir Çesnakov oyundan öncə fikirlərini bildirib.
Futbol
25 Oktyabr , 2018 14:22
Vorsklanın kapitanı: Bakıdan xalla getmək istəyirik
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının III turunda qarşılaşacağı Ukraynanın "Vorskla" klubunun futbolçusu Vladimir Çesnakov oyundan öncə fikirlərini bildirib.

"Report" xəbər verir ki, 30 yaşlı kapitan "Futbol 1" telekanalına oyunun çətin keçəcəyini deyib: "Qarabağ"ın asan komanda olmadığını başa düşürəm. Onların avrokubok təcrübəsi var. Bizim üçün çətin olacaq. Müsbət nəticə - minimum heç-heçə etmək üçün əlimizdən gələni edəcəyik. Meydana çıxıb, keyfiyyətli futbol nümayiş etdirməyi düşünürük. Amma ən başlıcası, Bakıdan xalla getmək istəyirik”.

Komandanın digər futbolçusu Mixail Sergeyçuk isə "Qarabağ"ın üstün cəhətinə diqqət çəkib: “Müdafiə və hücumda kompkat oynasaq, şansımız olacaq. Rəqibin çox yaxşı, sürətli cinah oyunçuları var. Fikrimcə, ən çox buna diqqət etməliyik. Məşqçilər lazım olan hər şeyi deyəcək. Hər şeyin yaxşı olacağını düşünürəm”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi