"Stanislav Çerçesovun komandası cütün qalibi olacaq".
"Report"un məlumatına görə, bunu Rusiyanın MOİK klubunun sabiq futbolçusu Vladimir Ponomaryov "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları ilə bağlı danışarkən deyib.
82 yaşlı keçmiş müdafiəçi Macarıstan təmsilçisinin mərhələ adlayacağına 100 faiz əmin olduğunu bildirib: "Çünki komanda Macarıstan çempionatının lideridir və orada güclü çempionat var".
Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.