Vladimir İviç: "Zirə" ilə oyunadək görüləsi işlər çoxdur"

Vladimir İviç: "Zirə" ilə oyunadək görüləsi işlər çoxdur" "Zirə" və Netaniya "Makkabi"si ilə oyunadək görüləsi işlər çoxdur"
Futbol
6 İyul , 2022 12:12
Vladimir İviç: Zirə ilə oyunadək görüləsi işlər çoxdur
Vladimir İviç

"Zirə" və Netaniya "Makkabi"si ilə oyunadək görüləsi işlər çoxdur".

"Report"un məlumatına görə, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubunun baş məşqçisi Vladimir İviç deyib.

45 yaşlı mütəxəssis fiziki hazırlığı artırmalı olduqlarını bildirib: "Əlimizdən gələni edirik, futbolçular çox çalışır. Azərbaycan təmsilçisi ilə matça təxminən bir ay qalmış hazırlığa başladıq. Hazırda bəzi oyunçuları qorumalıyıq".

Serbiyalı baş məşqçi təlim-məşq toplanışını başa vuraraq İsrailə qayıdacaqlarını söyləyib: "Orada çempionat və Konfrans Liqasındakı matçın hazırlıqlarına yönələcəyik. Bizi avrokuboklarda çətin mübarizə gözləyir".

Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi