Vitali Mutko: "Birlik Kuboku ilə bağlı azərbaycanlı həmkarlarımızdan yaxşı təklif almışıq"

Vitali Mutko: "Birlik Kuboku ilə bağlı azərbaycanlı həmkarlarımızdan yaxşı təklif almışıq" "Turnirin gənclərdən ibarət yığmalar arasında təşkili isə uğursuz variantdır"
Futbol
23 Yanvar , 2017 10:32
Vitali Mutko: Birlik Kuboku ilə bağlı azərbaycanlı həmkarlarımızdan yaxşı təklif almışıq

Bakı. 23 yanvar. REPORT.AZ/ "Birlik Kuboku ilə bağlı azərbaycanlı həmkarlarımızdan yaxşı təkliflər almışıq". 

"Report"un məlumatına görə, bunu "Sport Uik End"ə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Birlik Kubokunun gələcək taleyi ilə bağlı danışarkən deyib.

O, mövzu ilə bağlı UEFA prezidenti Aleksandr Çeferinlə danışdığını bildirib: "Birlik Kuboku klublar arasında keçirilsə, bunun necə təşkil olunacağını düşünmək lazımdır. Məsələn, yarışı cənubda keçirmək, Soçi variantı. Azərbaycanlı həmkarlarımızdan yaxşı təkliflər var. Yaxşı mükafat fondu da müəyyənləşdirmək olar. Turnirin gənclərdən ibarət yığmalar arasında təşkili isə uğursuz variantdır".

Qeyd edək ki, 1993-cü ildən postsovet məkanı klubları arasında keçirilən Birlik Kuboku 2011-ci ildə dayandırılıb. Həmin müddətdə Azərbaycanın "Neftçi", "Xəzər Lənkəran" və "İnter" komandaları qalib adını qazanıb. Bundan sonra turnir gənclər və aşağı yaş qrupları yığmaları arasında keçirilib. Ötən ilin iyulunda Vitali Mutko belə bir yarışın artıq təşkil olunmayacağını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi