"Vilyarreal" yeni transferini təqdim etdi

"Vilyarreal" yeni transferini təqdim etdi UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən olan İspaniya "Vilyarreal"ının azarkeşlərlə bağlı hökumətə müraciəti qəbul olunmayıb.
Futbol
430
20 Oktyabr , 2020 11:14
Vilyarreal yeni transferini təqdim etdi
Xuan Foyt

UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən olan İspaniya "Vilyarreal"ı yeni transferi Xuan Foytu təqdim edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"indən icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb.

Bu arada, klubun azarkeşlərlə bağlı hökumətə müraciəti qəbul olunmayıb. La Liqa təmsilçisi avrokuboklarda ilk turun Türkiyə "Sivasspor"u ilə matçında stadiona 3 min fanatın buraxılmasını istəsə də, müsbət cavab ala bilməyib.

Koronavirusla bağlı ölkədəki vəziyyət tərəfdarların oyunlarda iştirakı üçün mükəmməl təhlükəsizlik protokolu tələb edir. Matça az vaxt qaldığından, bunu həyata keçirmək mümkün olmayıb. Ona görə də qarşılaşma azarkeşsiz keçiriləcək.

Lakin "Vilyarreal"ın İsrailin "Makkabi" (Təl-Əviv) klubu, həmçinin Azərbaycan çempionu "Qarabağ"lə evdə oynayacağı matçlarda fanatların stadiona buraxılacağı istisna edilmir.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə oktyabrın 22-də start veriləcək. "Qarabağ" ilk oyununu İsraildə "Makkabi"yə qarşı keçirəcək. Ağdam klubunun "Vilyarreal"la ev oyunu oktyabrın 29-da, səfər matçı dekabrın 10-da olacaq.

Son xəbərlər

Orphus sistemi