"Vilyarreal" "Qarabağ"la oyuna uğursuz seriya ilə çıxacaq

"Vilyarreal" "Qarabağ"la oyuna uğursuz seriya ilə çıxacaq UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ı bu mövsüm səfərdə qələbə qazana bilməyib.
Futbol
26 Oktyabr , 2020 18:17
Vilyarreal Qarabağla oyuna uğursuz seriya ilə çıxacaq

UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la qarşılaşacaq İspaniya "Vilyarreal"ı bu mövsüm səfərdə qələbə qazana bilməyib.

"Report"un məlumatına görə, Unay Emerinin baş məşqçi olduğu komanda La Liqada rəqib meydanında keçirdiyi iki görüşdə qolsuz heç-heçə edib, birində isə uduzub.

Sonuncu - 7-ci turda "Kadis"lə bərabərə qalan "Vilyarreal" daha əvvəl "Atletiko" ilə oyunda bir xala razılaşıb və Kataloniyada "Barselona"ya 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi