"Vilyarreal" "Makkabi"ni darmadağın etdi, "Milan" böyük hesabla uduzdu

"Vilyarreal" "Makkabi"ni darmadağın etdi, "Milan" böyük hesabla uduzdu UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Futbol
6 Noyabr , 2020 03:00
Vilyarreal Makkabini darmadağın etdi, Milan böyük hesabla uduzdu

UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.

"Report"un məlumatına görə, gecənin son qarşılaşmasında İspaniya "Vilyarreal"ı ilə İsrailin "Makkabi" (Təl-Əviv) komandası üz-üzə gəlib. Görüşün startı leysan yağışı üzündən 45 dəqiqəyədək ləngiyib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İlk 2 qolu 4-cü və 52-ci dəqiqələrdə Karlos Bakka vurub. 71-ci dəqiqədə Aleks Baena, 81-ci dəqiqədə isə Fernando Ninyo fərqlənib.

Bu nəticədən sonra xalını 9-a çatdıran "Vilyarreal" I qrupunda vahid liderə çevrilib. "Makkabi" 6 xalla 2-ci, "Sivasspor" 3 xalla 3-cü yerdə qərarlaşıb. Xalı olmayan "Qarabağ" isə sonuncudur.

Gecənin gözlənilməz nəticələri isə "Milan"ın İtaliyada Fransa "Lill"inə, Niderland PSV-sinin isə Yunanıstanda PAOK-a böyük hesabla uduzması olub. Əvəzində İngiltərə "Arsenal"ı Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı penaltilər seriyasında üstələmiş Norveç "Molde"sini darmadağın edib.

Avropa Liqası
III tur
5 noyabr

A qrupu
21:55. “Roma” (İtaliya) – ÇFR (Rumıniya) - 5:0

00:00. “Yanq Boyz” (İsveçrə) – MOİK (Sofiya, Bolqarıstan) - 3:0

Xal durumu: "Roma" - 7, "Yanq Boyz" - 4, ÇFR - 4, MOİK - 1

B qrupu
21:55. “Rapid” (Vyana, Avstriya) – “Dandolk” (İrlandiya) - 4:3
00:00. “Arsenal” (İngiltərə) – “Molde” (Norveç) - 4:1

Xal durumu: "Arsenal" - 9, "Molde" - 6, "Rapid" - 3, "Dandolk" - 0

C qrupu
21:55. “Slaviya” (Çexiya) – “Nitsa” (Fransa) - 3:2
21:55. “Hapoel” (Beer-Şeva, İsrail) – “Bayer” (Leverkuzen, Almaniya) - 2:4

Xal durumu: "Slaviya" - 6, "Bayer" - 6, "Nitsa" - 3, "Hapoel" - 3

D qrupu
21:55. “Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) - 3:3
21:55. “Lex” (Polşa) – “Standard” (Lyej, Belçika) - 3:1

Xal durumu: "Reyncers" - 7, "Benfika" - 7, "Lex" - 3, "Standard" - 0

E qrupu
21:55. PAOK (Yunanıstan) – PSV (Niderland) - 4:1

21:55. “Omoniya” (Kipr) – “Qranada” (İspaniya) - 0:2

Xal durumu: "Qranada" - 7, PAOK - 5, PSV - 3, "Omoniya" - 1

F qrupu
21:55. “Real Sosyedad” (İspaniya) – AZ (Niderland) - 1:0
21:55. “Riyeka” (Xorvatiya) – “Napoli” (İtaliya) - 1:2

Xal durumu: AZ - 6, "Napoli" - 6, "Real Sosyedad" - 6, "Riyeka" - 0.

G qrupu
00:00. “Lester” (İngiltərə) – “Braqa” (Portuqaliya) - 4:0
00:00. “Zarya” (Ukrayna) – AEK (Yunanıstan) - 1:4

Xal durumu: "Lester" - 9, "Braqa" - 6, AEK - 3, "Zarya" - 0

H qrupu
00:00. “Seltik” (Şotlandiya) – “Sparta” (Çexiya) - 1:4
00:00. “Milan” (İtaliya) – “Lill” (Fransa) - 0:3

Xal durumu: "Lill" - 7, "Milan" - 6, "Sparta" - 3, "Seltik" - 1

I qrupu
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) - 2:0
00:00. “Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) - 4:0

Xal durumu: "Vilyarreal" - 9, "Makkabi" - 6, "Sivasspor" - 3, "Qarabağ" - 0

J qrupu
21:55. “Lüdoqorets” (Bolqarıstan) – “Tottenhem” (İngiltərə) - 1:3

00:00. “Antverpen” (Belçika) – LASK (Avstriya) - 0:1

Xal durumu: "Tottenhem" - 6, "Antverpen" - 6, LASK - 6, "Lüdoqorets" - 0

K qrupu
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Volfsberg” (Avstriya) - 1:0

00:00. “Feyenoord” (Niderland) – MOİK (Moskva, Rusiya) - 3:1

Xal durumu: "Dinamo" - 5, "Volfsberq" - 4, "Feyenoord" - 4, MOİK - 2

L qrupu
00:00. “Srvena Zvezda” (Serbiya) – “Gent” (Belçika) - 2:1

00:00. “Hoffenhaym” (Almaniya) – “Slovan” (Liberec, Çexiya) - 5:0

Xal durumu: "Hoffenhaym" - 9, "Srvena Zvezda" - 6, "Slovan" - 3, Gent - 0.

Son xəbərlər

Orphus sistemi