"Vilyarreal"ın futbolçuları "Qarabağ"la oyundan danışdılar

"Vilyarreal"ın futbolçuları "Qarabağ"la oyundan danışdılar "Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır".
Futbol
1083
27 Oktyabr , 2020 17:41
Vilyarrealın futbolçuları Qarabağla oyundan danışdılar

"Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır".

"Report"un məlumatına görə, bu fikirləri İspaniya "Vilyarreal"ının futbolçusu Fransis Koklen klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, İsrail "Makkabi"si (Təl-Əviv) ilə ilk görüşdəki qələbənin davamını gətirmək istəyirlər: "3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik".

Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın kapitanı Mario Qaspar bu dəfə yaxşı nəticəyə ümid etdiklərini söyləyib: "Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".

"Vilyarreal"ın digər futbolçusu Visente İborra isə iddialı komanda olduqlarını vurğulayıb: "Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. Başa düşməliyik ki, bizi çox çətin oyun gözləyir".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi