"Püşkdən həyəcan duyuruq. Bizi uzun səyahətlər gözləyir, amma bu, yaxşı qrupdur".
"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"la birlikdə Avropa Liqasının I qrupunda yer alan İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri AS nəşrinə açıqlamasında püşk barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis qrupdakı hər bir komandanın özünəməxsus üslubu olduğunu bildirib: "Qarabağ" Avropada nüfuz sahibidir. İsrail çempionu "Makkabi" çətin rəqib olacaq. "Sivasspor"un isə Avropada təcrübəsi olan tanınmış futbolçuları var. Bizim üçün yenidən bu turnirdə yarışmaq vacibdir. Bu, ötən mövsümdəki çıxışın mükafatıdır. Qrupdakı matçları səbirsizliklə gözləyirik”.