"Vilyarreal" 16 ildən sonra öz rekordunu təkrarladı

"Vilyarreal" 16 ildən sonra öz rekordunu təkrarladı İspaniya La Liqasının XVIII turunda "Selta" üzərində qələbə (4:0) "Vilyarreal" üçün əlamətdar olub.
Futbol
9 Yanvar , 2021 10:06
Vilyarreal 16 ildən sonra öz rekordunu təkrarladı

İspaniya La Liqasının XVIII turunda "Selta" üzərində 4:0 hesablı səfər qələbəsi "Vilyarreal" üçün əlamətdar olub.

"Report" xəbər verir ki, bu, komandanın tarixinə ölkə çempionatında 3-cü ən böyük hesablı səfər qalibiyyəti kimi düşüb. .

"Sarı sualtı qayıq" sonuncu dəfə 2005-ci ildə "Real Sosyedad"ı 4 cavabsız qolla məğlub edib.

Unay Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Vilyarreal" cari mövsüm UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. La Liqa təmsilçisi qrupu 1-ci, Ağdam klubu isə sonuncu pillədə başa vurub. "Qarabağ" "Vilyarreal"la Türkiyənin İstanbul şəhərində keçirdiyi ev oyununda 1:3 hesabı ilə uduzub, cavab görüşünə getmədiyi üçün texniki məğlubiyyət alıb - 0:3.

Son xəbərlər

Orphus sistemi