"Viktoriya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

"Viktoriya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib Görüşün UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanu olacaq
Futbol
23 İyul , 2016 14:14
Viktoriya - Qarabağ matçının hakimləri müəyyənləşib

Bakı. 23 iyul. REPORT.AZ/ "Qarabağ"ın futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya” komandası lə keçirəcəyi ilk qarşılaşmanın hakimləri müəyyənləşib. "Report"un Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Plzen şəhərindəki “Dusan Arena”da baş tutacaq qarşılaşmaya makedoniyalı hakimlər briqadası təyinat alıb. 

Baş hakim Aleksandar Stavrevə Maryan Kirovski və Deyan Kostadinov yan xətt, Dimitar Mekarovski dördüncü hakim qismində yardımçı olacaqlar.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanudur.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi