"Viktoriya"nın futbolçusu: "Qarabağ"a qalib gələ bilərik"

"Viktoriya"nın futbolçusu: "Qarabağ"a qalib gələ bilərik" "Bu rəqibə qalib gələ bilərik".
Futbol
13 Avqust , 2022 10:15
Viktoriyanın futbolçusu: Qarabağa qalib gələ bilərik

"Bu rəqibə qalib gələ bilərik".

"Report"un məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Forçun Akpan Bessi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlar haqqında danışarkən deyib.

Macarıstan "Ferentsvaroş"undan icarəyə götürülən 24 yaşlı nigeriyalı hücumçu III təsnifat mərhələsində "köhlən atlar"a uduzduqları görüşü xatırlayıb: "Çətin matç idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.

Son xəbərlər

Orphus sistemi