Veteran futbolçumuz reanimasiyadan çıxarıldı

Veteran futbolçumuz reanimasiyadan çıxarıldı Azərbaycanın koronavirusa yoluxmuş veteran futbolçusu Qəhrəman Əliyevin səhhətində müsbətə doğru irəliləyiş baş verib.
Futbol
14 Yanvar , 2021 13:34
Veteran futbolçumuz reanimasiyadan çıxarıldı
Qəhrəman Əliyev

Azərbaycanın koronavirusa yoluxmuş veteran futbolçusu Qəhrəman Əliyevin səhhəti müsbətə doğru dəyişməkdədir.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Əliyev artıq reanimasiyadan çıxarılaraq, ümumi şöbəyə yerləşdirilib: "Əvvəl heç bir reaksiyası yox idi, indi isə irəliləyiş müşahidə edilir. Artıq bəzi yüngül, daha çox duru yeməkləri qəbul etməyə başlayıb".

Qeyd edək ki, Qəhrəman Əliyev Masallıda özəl klinikada müalicə alır. O, daha əvvəl Bakıda müalicə olunurdu. Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi