Veteran futbolçu: "Mahir Emreli "Legiya"nın tapıntısı ola bilər"

Veteran futbolçu: "Mahir Emreli "Legiya"nın tapıntısı ola bilər" "Mahir Emreli hazırkı komandasında mövsümün tapıntısı ola bilər".
Futbol
8 İyul , 2021 14:40
Veteran futbolçu: Mahir Emreli Legiyanın tapıntısı ola bilər
Mahir Emreli

"Mahir Emreli hazırkı komandasında mövsümün tapıntısı ola bilər".

"Report"un məlumatına görə, bunu Polşa "Legiya"sının sabiq futbolçusu İqor Levçuk yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Norveçdə "Budyo Qlimt"ə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundakı çıxışı barədə danışarkən deyib.

Veteran müdafiəçi 24 yaşlı forvardın komandaya əla uyğunlaşdırın bildirib: "İlk rəsmi qarşılaşmada, xüsusən, səfərdə bu cür oyun göstərib 2 qol vurmaq asan iş deyil. Düşünürəm ki, onun "Legiya"ya çox faydası dəyəcək".

Qeyd edək ki, Mahir Emreli "Budyo Qlimt" ilə görüşün 41 və 61-ci dəqiqələrində fərqlənərək, komandasına 3:2 hesablı qələbə qazandırıb.

Son xəbərlər

Orphus sistemi