Veteran futbolçu: "Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir"

Veteran futbolçu: "Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir" "Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir. Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir".
Futbol
8 Oktyabr , 2021 00:01
Veteran futbolçu: Kenni qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir

"Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir. Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir".

"Report"un məlumatına görə, bunu İrlandiya millisinin sabiq futbolçusu Conni Caylz yığmanın Bakıda Azərbaycana qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "otbsports.com" saytına açıqlamasında deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, məğlubiyyət 50 yaşlı mütəxəssisin qovulması ilə nəticələnə bilər: "Kenni kritik dönəmdədir. İşini davam etdirmək üçün bu matçlarda qələbə qazanmalıdır. Azərbaycanı məğlub edə bilməsə, ciddi problemlərlə üzləşəcək".

1959 - 1979-cu illərdə yığmanın formasını geyinmiş Caylz 59 oyunda 5 qol vurub.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi