Ventura İtaliya yığmasının baş məşqçisi postunu tərk edib

Ventura İtaliya yığmasının baş məşqçisi postunu tərk edib Komanda onun rəhbərliyi altında 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb
Futbol
15 Noyabr , 2017 21:41
Ventura İtaliya yığmasının baş məşqçisi postunu tərk edib

Bakı. 15 noyabr. REPORT.AZ/ İtaliya yığmasının baş məşqçisi Campyero Ventura tutduğu postu tərk edib.

“Report” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

"Bu gündən Campyero Ventura artıq milli komandanın baş məqçisi deyil", — deyə məlumatda bildirilir.

Avro-2016-dan sonra komandaya rəhbərlik edən Ventura İtaliyanın baş məşqçisi postunda 17 matç keçirib. Komanda onun rəhbərliyi altında 10 qələbə qazanıb, 3 dəfə məğlub olub və 4 dəfə meydandan sulhlə ayrılıb. Həmçinin İtaliya millisi son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

Son xəbərlər

Orphus sistemi