"Neftçi"nin həkimi: "Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər"

"Neftçi"nin həkimi: "Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər" Baş məşqçi "HB Güven" klinikasında müalicə olunur
Futbol
123
10 Sentyabr , 2016 15:02
Neftçinin həkimi: Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Vəli Qasımovun vəziyyəti stabildir, müalicəsi davam edir". 

Bunu "Neftçi" klubunun baş həkimi Şaiq Zöhrablı "Report"a bildirib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Vəli Qasımov Bakıdakı "HB Güven" klinikasında müalicə alır: "Bu gün təkrar müayinə keçiriləcək və ondan sonra qərar veriləcək. Bu cür hallarda 2-3 gündən sonra xəstə evə buraxılır. Amma əlavə hansısa bir xəstəliklər aşkarlansa, o zaman müddət bir həftə də ola bilər. İndiki halda isə vəziyyət normaldır".

Qeyd edək ki, baş məşqçi V.Qasımov dünən gecə hipertonik kriz diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi