Bakı. 19 fevral. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur.
Bu barədə "Report"a AFFA komitənin sədri Vaqif Sadıqov məlumat verib. O bildirib ki, "Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi hələ də "Modern Hospital"n reanimasiya şöbəsindədir. Onun sözlərinə görə, həkimlər onun ürəyini bərpa etmək üçün çalışsalar da, istədikləri nəticəni əldə edə bilmirlər.
Sədr B.Hacıyevin ürəyinə qan dövranının hələ də 20 faiz daxil olduğunu və səhhətindəki digər problemlərin ürəyin bərpasına mane olduğunu söyləyib. V.Sadıqov həmçinin komitə üzvünün səhhətinin AFFA-nın diqqətində olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, Böyükağa Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.