Vaqif Cavadov "Sumqayıt"la anlaşıb

Vaqif Cavadov "Sumqayıt"la anlaşıb 6 aylıq müqavilənin imzalanması nəzərdə tutulub
Futbol
2446
29 Dekabr , 2015 13:47
Vaqif Cavadov Sumqayıtla anlaşıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov "Sumqayıt"la anlaşıb. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub. Son dəqiqəyə qədər hansısa problem çıxmasa, tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.

Qeyd edək ki, Vaqif Cavadovun sonuncu klubu "Qəbələ" olub.

Son xəbərlər

Orphus sistemi