Vaqif Cavadov "Sumqayıt"ın heyətində ilk qolunu vurub

Vaqif Cavadov "Sumqayıt"ın heyətində ilk qolunu vurub Yeni transfer yoxlama matçında fərqlənib
Futbol
118
9 Yanvar , 2016 14:35
Vaqif Cavadov Sumqayıtın heyətində ilk qolunu vurub

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda I Divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. 

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin yeganə qolunu yeni transfer Vaqif Cavadov vurub.

Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu bu gün AZAL-a qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi