Vaqif Cavadov "İnter"ə qarşı oynamayacaq

Vaqif Cavadov "İnter"ə qarşı oynamayacaq 28 yaşlı hücumçu "Sumqayıt"la görüşdə debüt edə bilər
Futbol
13 Fevral , 2017 12:21
Vaqif Cavadov İnterə qarşı oynamayacaq

Bakı. 13 fevral. REPORT.AZ/ AZAL futbol klubunun yeni transferi Vaqif Cavadov bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "İnter" komandasına qarşı oyunda iştirak etməyəcək. Klubdan "Report"a verilən məlumata görə, məşqlərə yeni qoşulduğu üçün 28 yaşlı hücumçunun fiziki durumu qənaətbəxş deyil.

AZAL sənədləri qaydasında olan Azərbaycan milli komandasının sabiq futbolçusunu ölkə çempionatının XIX turu üçün sifariş edəcək.

Qeyd edək ki, Vaqif Cavadov qış fasiləsində "Sumqayıt"dan ayrıldıqdan sonra azad agent qismində AZAL-a keçib. "Təyyarəçilər" isə fervalın 19-da Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində məhz "Sumqayıt"ın qonağı olacaqlar. 

Son xəbərlər

Orphus sistemi