Vaqif Cavadov: "ÇL-dəki son oyunlar sübut etdi ki, arxayınlaşmaq olmaz"

Vaqif Cavadov: "ÇL-dəki son oyunlar sübut etdi ki, arxayınlaşmaq olmaz" Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə evdə Sumqayıtı 1:0 hesabı ilə məğlub edən Keşlə klubunun futbolçusu Vaqif Cavadov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
12 Aprel , 2018 20:10
Vaqif Cavadov: ÇL-dəki son oyunlar sübut etdi ki, arxayınlaşmaq olmaz

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən "Keşlə" klubunun futbolçusu Vaqif Cavadov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Report"un məlumatına görə, o, əvvəlcə oyun haqqında danışıb:

"Bu gün hər iki komanda mübarizə apardı. Biz isə yaxşı oyun sərgilədik. Öz komandamı təbrik edirəm. Futbolçularımızın hamısı bu oyuna yaxşı hazırlaşmışdı. Çempionatda isə vəziyyətimiz pisdir. Ümidimiz kubokadır. Hər bir futbolçu da 90 dəqiqə ərzində bunu sübut etdi. Amma nəzərə almalıyıq ki, cavab qarşılaşması da var. Çempionlar Liqasındakı son oyunlara nəzər yetirin. İspaniyanın "Barselona" və "Real Madrid" komandalarına qarşı geri dönüş etmək mümkündür. Bu futboldur. Biz ikinci oyuna da ciddi hazırlaşmalıyıq. Bu gün qələbə qazanmağımız yaxşı haldır. Amma çox sevinmirik. Cavab qarşılaşmasına köklənməliyik. Bu oyun da vacibdir. Yaxşı nəticə olsa, sevinəcəyik".

- Sanki komanda 0:0 hesabına da razı idi?

- Bu mərhələ 2 oyundan asılıdır. Meydana qələbə üçün çıxmışdıq. Qolsuz heç-heçə də pis nəticə olmazdı. Səfərdə qol vurmağımız üstünlük hesab olunacaq. Hər iki görüşə ciddi yanaşmalıyıq. Sumqayıta da qələbə üçün gedirik.

- Finalda hansı komandanı rəqib kimi görmək istəyirsiniz?

- Bütün komandalar güclüdür. O barədə düşünmürük. Bizim əsas oyunumuz Sumqayıtda olacaq.

- Ebrima Sohna meydana çıxanda hamı düşünür ki, "Keşlə" 10 nəfərlə oynayır...

- Bu fikirlə razı deyiləm. Yaxşı oynadığını sübut edir. Mərkəzi saxlayan odur. 

- Üç gündən sonra yenə "Sumqayıt"la oynayacaqsınız. Baş məşqçi heyətdə dəyişikliklər edəcək?

- Onu indi desəm, yalan olar. Turnir cədvəlində də qalxmaq istəyirik. Amma Əsas hədəfimiz kubokdur.

- Bu hesab sizi finala çıxartmır?

- Əlbəttə. Yenə qeyd etmək istəyirəm ki, "Real Madrid" və "Barselona" klublarının oyunları sübut etdi ki, arxayınlaşmaq olmaz. Biz də bunu dərk edirik. O səviyyəli oyunçuların matçında belə hal baş verirsə, bizdə də hər şey ola bilər. 

Son xəbərlər

Orphus sistemi