İspaniyanın "Valensiya" futbol klubunun və Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev Fransanın PSJ komandasının argentinalı hücumçu Lionel Messi ilə necə oynamalı olduğunu xatırlayıb.
“Report” bu barədə “Sport-Express” nəşrinə istinadən xəbər verir.
“Messi meydanda necə davranır? Adətən sakit. Ancaq bəzən qəzəblənməyə başlayır. Messi əsəbiləşməsə yaxşıdır. Mən onu qəzəbləndirdimmi? Onunla bir neçə dəfə mübahisə etdim, amma sırf oyun yolu ilə, daha başqa cür yox", - Çerışev deyib.
Avqustun 10-da PSJ Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Keçən mövsüm o, "Barselona"nın heyətində İspaniya çempionatının 35 oyununda iştirak edib, 30 qol vurub və 9 məhsuldar ötürmə edib. Messi Argentina millisi ilə birlikdə karyerasında ilk dəfə Amerika Kubokunu qazanıb.