V İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin baş məşqçisi bəlli olub

Futbol
  • 02 fevral, 2022
  • 09:13
V İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin baş məşqçisi bəlli olub
Samir Əliyev

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev olacaq.

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Milli assosiasiya rəsmisi oyunlara hazırlığın martda start götürəcəyini bildirib: "Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq. Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları gerçəkləşəcək. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək".