“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib Rumıniyanın “Universitatya Krayova” klubunun maliyyə dəstəkçisi Mixai Rotaru “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbol
16 Dekabr , 2022 09:29
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

Rumıniyanın “Universitatya Krayova” klubunun maliyyə dəstəkçisi Mixai Rotaru “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Report”un “Digi Sport”a istinadən məlumatına görə, klubun sponsoru və İdarə Heyətinin üzvü rumıniyalı mütəxəssisi qaytarmaq istədiklərini ad çəkmədən təsdiqləyib.

O, Regekampfla bağlı sualı cavablandırarkən baş məşqçi postuna namizədin təkcə 47 yaşlı mütəxəssisin olmadığını söyləyib: “Bizim baş məşqçi postuna bir yox, üç namizədimiz var və hər birinin hazırda öz klubu ilə müqaviləsi davam edir. Konkret Regekampfa gəlincə, sözləşməsi davam edən bir məşqçini burada müzakirə edə bilmərəm”.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, Azərbaycan klubuna keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nı çalışdırıb.

Son xəbərlər

Orphus sistemi