"Sabah"dan təklif aldığını təsdiqləyən Ümit Özat: "Qovulmayan məşqçi - məşqçi deyil"

"Sabah"dan təklif aldığını təsdiqləyən Ümit Özat: "Qovulmayan məşqçi - məşqçi deyil" Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubu Ümit Özatla danışıq aparır.
Futbol
128
2 Oktyabr , 2019 11:37
Sabahdan təklif aldığını təsdiqləyən Ümit Özat: Qovulmayan məşqçi - məşqçi deyil

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubu Ümit Özatla danışıq aparır.

“Report” xəbər verir ki, bunu 43 yaşlı türkiyəli mütəxəssis “Hürriyet”ə müsahibəsində təsdiqləyib. O, doğru seçim etmək istədiyini vurğulayıb: “Adana Demirspor”dan ayrılmağım ani oldu. Bir gün səhər “halallaşaq” dedilər. Biz də “tamam” söylədik. Qovulmaq məşqçi işinə xas bir şeydir. Qovulmayan məşqçi məşqçi deyil. Bunu “Manisaspor”da da demişdim. Azərbaycanın “Sabah” klubu ilə yaxın əlaqələrimiz oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izlədim. Bu işlər ölkə xaricində Türkiyədəki kimi birgünlük olmur. Ötən həftədən etibarən, “Sabah”la sıx əlaqədəyik. Doğru seçim etmək lazımdır. Azərbaycanın doğru bir ölkə olduğunu düşünürəm. “Hatayspor”dan rəsmi və ya qeyri-rəsmi təkil almamışam”.

Qeyd edək ki, Elşad Əhmədovun istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna kimin təyin ediləsəyinə namizədlərlə görüşdən sonra aydınlıq gələcək. Hazırda müvəqqəti olaraq İqor Ponomaryova həvalə olunan bu vəzifəyə ukraynalı Yuri Vernidub və gürcüstanlı Georgi Tsetsadze də namizəd göstərilir.

Son xəbərlər

Orphus sistemi