Ukraynalı sabiq futbolçuya Rusiyada 12 illik həbs cəzası verildi

Ukraynalı sabiq futbolçuya Rusiyada 12 illik həbs cəzası verildi Casusluqda ittiham edilən ukraynalı sabiq futbolçu Vasili Vasilenkoya Rusiyada hökm oxunub.
Futbol
7 Dekabr , 2020 13:03
Ukraynalı sabiq futbolçuya Rusiyada 12 illik həbs cəzası verildi

Casusluqda ittiham edilən ukraynalı sabiq futbolçu Vasili Vasilenkoya Rusiyada hökm oxunub.

"Report" RBK-ya istinadən xəbər verir ki, Mosvka Şəhər Məhkəməsi idmançıya 12 il həbs cəzası kəsib. Keçmiş müdafiəçi cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, Vasili Vasilenko 2019-cu ildə Moskvada həbs ediliub. O, qadağan edilmiş maddələrin sərhəddən qanunsuz keçirilməsində günahlandırılıb. Daha sonra Vasilenkoya casusluq maddəsi ilə də cinayət işi açılıb.

Xatırladaq ki, Vasili Vasilenko 1992 - 2001-ci illərdə ölkəsində "Tavriya", "Torpedo" və "Drujba" klublarının formasını geyinib.

 Vasili Vasilenko
Vasili Vasilenko

Son xəbərlər

Orphus sistemi