Ukraynalı qapıçı "Qəbələ"də 100-cü oyununu keçirib

Ukraynalı qapıçı "Qəbələ"də 100-cü oyununu keçirib Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub.
Futbol
17 Sentyabr , 2018 15:37
Ukraynalı qapıçı Qəbələdə 100-cü oyununu keçirib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub.

“Report” xəbər verir ki, ukraynalı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

35 yaşlı qolkiper “100”ə “Sabah”la səfər görüşündə (0:1) çatıb. Artıq 5-ci mövsümüdür əyalət təmsilçisinin formasını geyinən Bezotosnı 69 qol buraxıb.

2015-ci ilin əvvəlindən “Qəbələ”də çıxış edən ukraynalı 2014/15 mövsümündə 15 (7 qol buraxıb), 2015/16 mövsümündə 28 (16 qol buraxıb), 2016/17 mövsümündə 27 (19 qol buraxıb), 2017/18 mövsümündə 26 (23 qol buraxıb), cari çempionatda isə 4 dəfə (4 qol buraxıb) meydana çıxıb.

Dmitri “Qəbələ”nin heyətində Premyer Liqada ən çox oyun keçirən 4-cü futbolçudur. Onadək Ürfan Abbasov (156 oyun), Dodo (131 oyun) və Viktor Mendi (112 oyun) 100 oyun səddini arxada qoyub.

Xatırladaq ki, Bezotosnı “Qəbələ”də və Premyer Liqada 2015-ci il fevralın 1-də “Bakı” ilə səfər matçında (2:0) debüt edib.

Son xəbərlər

Orphus sistemi