Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim" "Vorskla"dan sonra Azərbaycandan dəvət aldım, amma nədənsə, dərhal getmək istəmədim. Məni ölkə kubokunu qazandığım komandaya dəvət etdilər, imtina etdim. Klub indi "Keşlə" yox, "Şamaxı" adlanır".
Futbol
10 Noyabr , 2022 10:58
Ukraynalı baş məşqçi: Şamaxının təklifindən imtina etdim

"Vorskla"dan sonra Azərbaycandan dəvət aldım, amma nədənsə, dərhal getmək istəmədim. Məni ölkə kubokunu qazandığım komandaya dəvət etdilər, imtina etdim. Klub indi "Keşlə" yox, "Şamaxı" adlanır".

"Report"un məlumatına görə, bunu "Şamaxı"nın sabiq baş məşqçisi Yuri Maksimov "TaToTake"ə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis Gürcüstandan da təklif aldığını, lakin bunu geri çevirdiyini söyləyib: "Çünki kiminsə arxasınca zibil təmizləmək istəmirəm. Sıfırdan nəyəsə başlamaq niyyətindəyəm".

Maksimov ona Ukraynadan təklifin olmadığını vurğulayıb. Baş məşqçi maraqlı təklif olacağı təqdirdə, postsovet məkanından kənarda da işləyə biləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Vorskla"nın baş məşqçi postuna Viktor Skriptin təyinat alıb. Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

Son xəbərlər

Orphus sistemi