Ukraynalı baş məşqçi millimizi təriflədi

Ukraynalı baş məşqçi millimizi təriflədi "Rəqibin heyətində topla oynamağı sevən, ikili mübarizələrdə yaxşı təsir bağışlayan futbolçular var"
Futbol
26 May , 2021 09:51
Ukraynalı baş məşqçi millimizi təriflədi
Ruslan Rotan

"Bu rəqiblərlə əvvəllər də qarşılaşmışıq. Hər iki komandanın heyətində topla oynamağı sevən, ikili mübarizələrdə yaxşı təsir bağışlayan futbolçular var".

"Report"un məlumatına görə, bu fikirləri Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ruslan Rotan Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Özbəkistan milli komandaları ilə keçirəcəkləri matçlar barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis daha çox öz oyunlarına kökləndiklərini bildirib: "Hazırda bizi rəqiblər deyil, öz çıxışımız maraqlandırır. Sonadək bu prinsipə sadiq qalacağıq. Azarkeşləri stadiona dəvət edirik. Bu, bizim üçün əsl dəstək, əlavə stimul olardı. Onları sevindirməyə çalışacağıq".

Rotan heyətdəki itkilərə də toxunub: "Bizim üçün tanış vəziyyətdir. İtkilərimiz çox olsa da, qorxulu heç nə yoxdur. Bu, digər uşaqlar üçün özlərini sübut etmə şansıdır. Onlara demişəm ki, öz keyfiyyətlərindən maksimum yararlansınlar. Gənclər yığmasının qapısı hər kəsin üzünə açıqdır".

Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununu bu gün meydan sahiblərinə qarşı keçirəcək. Növbəti görüş isə mayın 27-də Özbəkistan seçməsinə qarşı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi