Ukraynalı baş məşqçi: "Rüstəm Əhmədzadə üçün bizə təklif gəlməyib"

Ukraynalı baş məşqçi: "Rüstəm Əhmədzadə üçün bizə təklif gəlməyib" Ukraynanın "Minay" klubu "Zarya"nın Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə ilə maraqlanmasına münasibət bildirib.
Futbol
15 Noyabr , 2021 10:17
Ukraynalı baş məşqçi: Rüstəm Əhmədzadə üçün bizə təklif gəlməyib

Ukraynanın "Minay" klubu Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə ilə "Zarya"nın maraqlanmasına dair xəbərlərə münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi İqor Leonov yerli mətbuata açıqlama verib.

54 yaşlı ukraynalı mütəxəssis 21 yaşlı hücumçu üçün təklif almadıqlarını söyləyib. "Hələlik hansısa danışıq yoxdur. O, hazırda Azərbaycan yığmasının düşərgəsindədir. Rüstəm Əhmədzadə ilə bağlı bizə təklif gəlməyib. Mənə və kluba zəng edən olmayıb. Bütün bunlar şayiələrdir. Bir şey bilsəydim, deyərdim ki, təklif var".

Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ildən "Minay"da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi