Ukrayna yığmasının futbolçusu mətbuat konfransında ağlayıb

Ukrayna yığmasının futbolçusu mətbuat konfransında ağlayıb Ukraynanın "Dinamo" (Kiyev) komandasının futbolçusu Aleksandr Karavayev Rumıniyada ÇFR-lə yoldaşlıq görüşündən sonra mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
Futbol
22 Aprel , 2022 00:39
Ukrayna yığmasının futbolçusu mətbuat konfransında ağlayıb

Ukraynanın "Dinamo" (Kiyev) komandasının futbolçusu Aleksandr Karavayev Rumıniyada ÇFR-lə yoldaşlıq görüşündən sonra mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

"Report" xəbər verir ki, Karavayev verdikləri dəstəyə və bu matçın təşkilinə yaratdıqları şəraitə görə bütün rumıniyalılara təşəkkür edib. 29 yaşlı müdafiəçi meydana çıxaraq, top qovmağın çox çətin olduğunu etiraf edib: "Hazırkı vəziyyətdə görə biləcəyim yeganə iş bu idi: Qaçqınlar və zərərçəkənlər üçün vəsait toplamaq".

Jurnalistlərlə ünsiyyətinin sonunda Ukrayna yığmasının üzvündən vətənində qalanlara və Rusiyaya qarşı vuruşanlara müraciət etməsi xahiş olunub. O isə "Çox sağ olsunlar, baş əyirəm. Çünki onlar bizim torpaqlarımızı müdafiə edirlər" desə də, qəhərə boğulduğu üçün sözlərini sona çatdıra bilməyib.

Bu an moderator mətbuat konfransını başa vurmağı qərara alıb.

"Sülh uğrunda! Müharibəni dayandırın!" turnesi üzrə Kluj şəhərində keçirilmiş xeyriyyə matçı qolsuz yekunlaşıb.

Qeyd edək ki, əslən Xersondan olan Aleksandr Karavayev millidə 40 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi