Ukrayna və Rusiya yığmalarının sabiq futbolçusu vəfat edib

Ukrayna və Rusiya yığmalarının sabiq futbolçusu vəfat edib Ukrayna millisinin və Donetsk "Şaxtyor"unun sabiq futbolçusu Aleksey Baxaryov dünyasını dəyişib.
Futbol
18 Mart , 2022 16:18
Ukrayna və Rusiya yığmalarının sabiq futbolçusu vəfat edib

Ukrayna millisinin və Donetsk "Şaxtyor"unun sabiq futbolçusu Aleksey Baxaryov dünyasını dəyişib.

"Report" xəbər verir ki, veteran yarımmüdafiəçi 45 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.

Son vaxtlar Donetskdə yaşayan mütəxəssis "Şaxtyor"un keçmiş uşaq məktəbində çalışırdı.

Qeyd edək ki, Rusiya vətəndaşlığı da olan Aleksey Baxaryov həm bu ölkənin yığmasında, həm də Ukrayna millisində 1 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi