Ukrayna millisinin üzvü "Beşiktaş"a keçir

Ukrayna millisinin üzvü "Beşiktaş"a keçir Türkiyənin Beşiktaş klubu Almaniya Şalkesində çıxış edən Yevgeni Konoplyankanı heyətinə qatmaq üzrədir.
Futbol
20 Avqust , 2019 18:21
Ukrayna millisinin üzvü Beşiktaşa keçir

Türkiyənin "Beşiktaş" klubu Almaniya "Şalke"sində çıxış edən Yevgeni Konoplyankanı heyətinə qatmaq üzrədir.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. "Ağ-qaralar"ın bu transfer üçün "Şalke"yə 3 milyon avro ödəyəcəyi bildirilib.

29 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir. O, yeni klubunda illik 2.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Yevgeni Konoplyanka peşəkar karyerasına ölkəsinin "Dnepr" klubunda başlayıb. Ukrayna millisində də şərəfini qoruyan yarımmüdafiəçi İspaniyanın "Sevilya" kollektivində də çıxış edib. 

Son xəbərlər

Orphus sistemi