Ukrayna yığmasının sabiq qapıçısı: "İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir"

Ukrayna yığmasının sabiq qapıçısı: "İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir" İslaniya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir
Futbol
14 Dekabr , 2024 11:57
Ukrayna yığmasının sabiq qapıçısı: İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir

İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir

"Report" xəbər verir ki, bu sözləri Ukrayna millisinin sabiq qapıçısı Yuri Virt 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkünü nəticəsini dəyərləndirərkən deyib.

O, ölkəsinin yığmasının rəqiblərindən danışarkən Azərbaycan və İslandiya yığmalarının onlar üçün uyğun komandalar olduğunu bildirib:

"İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir. Təbii ki, hər bir komandaya hörmətlə yanaşırıq. Digər rəqibimiz Fransa və ya Xorvatiya seçməsi olacaq. İstənilən halda, hər iki komanda da güclüdür. Ümid edirəm ki, 2025-ci ilə qədər rəqiblərimizi öz meydanımızda qəbul edəcəyik".

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı ilk oyununu 2025-ci il, sentyabrın 9-da evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi