Çimərlik futbolu üzrə Ukrayna millisi Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq dünya çempionatında iştirak etməyəcək.
"Report" "tribuna" nəşrinə istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası yığmanın qonşu ölkəyə yollanmasına qadağa qoyub.
Qurum hələlik məsələ ilə bağlı rəsmi qərarını açıqlamayıb.
Qeyd edək ki, dünya çempionatı 21 - 29 avqustda təşkil olunacaq.