Ukrayna milli komandasının futbolçusu Müslüm Maqomayevin mahnısını oxuyub - VİDEO

Ukrayna milli komandasının futbolçusu Müslüm Maqomayevin mahnısını oxuyub - VİDEO Bakı. 14 noyabr. REPORT.AZ/ Ukrayna milli komandasının və Donetsk Şaxtyorunun futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin Mavi əbədiyyət (Sinyaya veçnost) mahnısını ifa edib.
Futbol
14 Noyabr , 2018 01:10
Ukrayna milli komandasının futbolçusu Müslüm Maqomayevin mahnısını oxuyub - VİDEO

Bakı. 14 noyabr. REPORT.AZ/ Ukrayna milli komandasının və Donetsk "Şaxtyor"unun futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") mahnısını ifa edib.

“Report” xəbər verir ki, 27 yaşlı müdafiəçi məşhur musiqini yığmanın UEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib.

Bu münasibətlə təşkil olunmuş gecədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və baş məşqçi Andrey Şevçenko da iştirak edib.

Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb.

Ukrayna yığması Millətlər Liqasında son matçını noyabrın 16-da Slovakiyaya qarşı keçirəcək. Noyabrın 20-də isə Türkiyə ilə yoldaşlıq görüşü nəzərdə tutulub.

Bundan əvvəl Ukrayna Futbol Federasiyasının prezidentinə qarşı 3 cinayət işi açıldığı məlum olub.

Son xəbərlər

Orphus sistemi