Ukrayna Futbol Federasiyasının prezidenti: "Bugünkü qarşılaşma bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək"

Ukrayna Futbol Federasiyasının prezidenti: "Bugünkü qarşılaşma bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək" Təəssüratlarım əladır. Gözəl şəhər, gözəl insanlar, qonaqpərvərlik görürük. Əminəm ki, bugünkü qarşılaşma bura gələn bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək.
Futbol
29 May , 2019 14:14
Ukrayna Futbol Federasiyasının prezidenti: Bugünkü qarşılaşma bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək

"Təəssüratlarım əladır. Gözəl şəhər, gözəl insanlar, qonaqpərvərlik görürük. Əminəm ki, bugünkü qarşılaşma bura gələn bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək".

Bunu "Report"a açıqlamasında UEFA İcraiyyə Komitəsinin üzvü, Ukrayna Futbol Federasiyasının preZidenti Andrey Pavelko Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final matçı barədə danışarkən deyib. 44 yaşlı funksioner bildirib ki, belə səviyyəli oyunları qəbul edən bütün şəhərlərin infrastrukturunda yüklənmələrin olması normaldır: "Fikrimcə, hazırda Çempionlar Liqasının final matçının keçiriləcəyi İspaniyanın paytaxtı Madriddə də problemlər var. Hər bir şəhərdə pik yüklənmə olur. Londonun özündə də yerləşmə, otellər sarıdan az problem olmayacaqdı. Bu, həqiqətən də dünyanın hər yerindən qonaqların toplaşdığı futbol bayramıdır. Əlbəttə, şəhərin infrastrukturunda yüklənmənin baş verməsi mümkündür. Demək olmaz ki, dünyanın hansısa şəhəri Avropa futbolunun belə vacib oyunlarını gərginlik olmadan qəbul edə bilər".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı final matçı saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi