UFC döyüşçüsü ailə üzvlərini bıçaqladığı üçün həbs olundu

UFC döyüşçüsü ailə üzvlərini bıçaqladığı üçün həbs olundu UFC döyüşçüsü İrvin Riveyra həbs olunub.
Futbol
427
9 Yanvar , 2021 10:47
UFC döyüşçüsü ailə üzvlərini bıçaqladığı üçün həbs olundu
İrvin Riveyra

UFC döyüşçüsü İrvin Riveyra həbs olunub.

"Report" "CBS Sports"a istinadən xəbər verir ki, meksikalı idmançı ailə üzvlərini bıçaqlamaqda günahlandırılır.

Meksikalı idmançı özündən böyük və kiçik bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki qız hazırda xəstəxanadadır. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi