Ueyn Runi MLS klubunda çıxış edə bilər

Ueyn Runi MLS klubunda çıxış edə bilər ABŞ klubu forvardı hələ ötən il almaq istəyirdi
Futbol
9 May , 2018 09:03
Ueyn Runi MLS klubunda çıxış edə bilər

Bakı. 9 may. REPORT.AZ/ Hazırda İngiltərə "Everton"unda çıxış edən Ueyn Runi karyerasını ABŞ-ın "Di-Si Yunayted" klubunda davam etdirə bilər.

"Report"un "Washington Post"a istinadən məlumatına görə, 33 yaşlı hücumçunun nümayəndələri son bir neçə həftə ərzində "Di-Si Yunayted"lə danışıqlar aparıblar. 

Runinin Vaşinqton təmsilçisinə keçidi yarıbayarı qiymətləndirilir. ABŞ klubu forvardı hələ ötən il almaq istəyirdi. Lakin həmin vaxt ingiltərəli oyunçu "Everton"da qalmağa qərar vermişdi.

Qeyd edək ki, hazırda "Di-Si Yunayted" turnir cədvəlində sonuncu pillədədir. Ueyn Runi isə 119 oyuna 53 qolla İngiltərə yığması tarixində ən yaxşı bombardir sayılır. O, habelə 208 qolla Premyer Liqa bombardirləri arasında ikinci yeri tutur. Birinci pillədə 260 qolla Alan Şirer qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi