Uelslə oyun zamanı İrlandiya yığmasının kapitanının ayağı qırılıb

Futbol
  • 25 mart, 2017
  • 07:21
Uelslə oyun zamanı İrlandiya yığmasının kapitanının ayağı qırılıb

Bakı. 25 mart. REPORT.AZ/ Futbol üzrə İrlandiya milli komandasının kapitanı Şeymus Koulman Uels yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyununda ağır zədə alıb. "Report"un məlumatına görə, 69-cu dəqiqədə uelsli Nil Teylorun təhlükəli sürüşmə fəndindən sonra 29 yaşlı müdafiəçinin ayağı qırılıb.

Koulman meydanı xərəkdə tərk edib. Teylor isə təhlükəli oynadığı üçün qırmızı vərəqə alıb.

Qeyd edək ki, görüş qolsuz tamamlanıb - 0:0. 

Uelslə oyun zamanı İrlandiya yığmasının kapitanının ayağı qırılıb

44 filmi