Uels millisinin qapıçısında xərçəng aşkarlanıb

Uels millisinin qapıçısında xərçəng aşkarlanıb Şotlandiyanın "Livinqston" klubunun qapıçı Daniel Bardendə testikulyar xərşəng aşkar edilib.
Futbol
372
18 Oktyabr , 2021 16:00
Uels millisinin qapıçısında xərçəng aşkarlanıb
Daniel Barden

Şotlandiyanın "Livinqston" klubunun qapıçısı Daniel Bardendə testikulyar xərçəng aşkar edilib.

"Report"un məlumatına görə, 20 yaşlı qolkiper bu barədə "The Guardian"a açıqlamasında bildirib.

Uelsli oyunçu ailəsinin, dostlarının və komanda yoldaşlarının ona dəstək olduğunu söyləyib: "Xəstəliyin erkən mərhələdə aşkarlanması müsbət amildir. Mən optimistəm, buna qalib gələcəyimə əminəm".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Norviç" klubuna məxsus olan Daniel Barden icarə əsasında Şotlandiya təmsilçisində oynayır. O, Uelsin U-21 yığmasının da şərəfini qoruyur.

Xatırladaq ki, daha əvvəl Uels millisinin və İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruksa da xərçəng diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi