Uels millisi yoldaşlıq oyunu keçirəcək

Uels millisi yoldaşlıq oyunu keçirəcək AVRO-2020-nin qrup mərhələsinin 2 oyununuBakıda keçirəcəkUels millisinin yoldaşlıq matçındakı rəqiblərindən biri müəyyənləşib.
Futbol
16 İyul , 2020 15:21
Uels millisi yoldaşlıq oyunu keçirəcək

AVRO-2020-nin qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək Uels millisinin yoldaşlıq matçındakı rəqiblərindən biri müəyyənləşib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rayan Giqqzin başçılıq etdiyi kollektiv İngiltərə seçməsi ilə qarşılaşacaq.

Oktyabrın 8-nə planlaşdırılan qarşılaşma Londondakı "Uembli" stadionunda olacaq. Görüş azarkeşsiz keçiriləcək.

Uels millisi digər yoldaşlıq matçına isə noyabrda çıxacaq.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda oynayacaq.

Son xəbərlər

Orphus sistemi