Uels millisi Bakıda gəzintiyə çıxıb

Uels millisi Bakıda gəzintiyə çıxıb Avropa çempionatında iki oyunu Bakıda keçirən Uels yığmasının futbolçuları şəhər gəzintisinə çıxıb.
Futbol
14 İyun , 2021 13:24
Uels millisi Bakıda gəzintiyə çıxıb

Avropa çempionatının A qrupunun oyunları üçün Bakıda olan Uels yığmasının futbolçuları şəhər gəzintisinə çıxıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gəzinti zamanı komandanın üzvlərinə Bakı və Azərbaycan barədə məlumat verilib.

Uelsli oyunçular paytaxtın simasında tarixi ənənələr və müasirliyin vəhdətinin canlı şahidi olublar.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də Bakı Olimpiya Stadionunda İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci oyununu iyunun 16-də Türkiyə seçməsinə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi