Uels millisi Azərbaycan yığması ilə oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib

Uels millisi Azərbaycan yığması ilə oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib Uels milli komandası Azərbaycan yığması ilə oktyabrın 16-da keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçı ərəfəsində futbolçu itkisi ilə üzləşib.
Futbol
24 Oktyabr , 2019 09:53
Uels millisi Azərbaycan yığması ilə oyun ərəfəsində futbolçu itkisi ilə üzləşib

Uels milli komandası Azərbaycan yığması ilə oktyabrın 16-da keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçı ərəfəsində futbolçu itkisi ilə üzləşib.

"Report"un məlumatına görə, İngiltərə "Çarlton"unda çıxış edən yarımmüdafiəçi Conni Uilyams oktyabrın 19-da "Derbi"yə 3:0 hesabı ilə qalib gəldikləri Çempionşip matçının ilk yarısında zədələnib. Əməliyyat olunan 26 yaşlı oyunçunun ən azı 8 həftəyədək yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi