UEFA yeni turnir təsis etmək istəyir

UEFA yeni turnir təsis etmək istəyir UEFA Avropa futboluna daha bir yenilik gətirməyə hazırlaşır.
Futbol
11 May , 2022 20:23
UEFA yeni turnir təsis etmək istəyir

UEFA Avropa futboluna daha bir yenilik gətirməyə hazırlaşır.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, qurum 2024/2025 mövsümündən etibarən klubların yeni mövsümə hazırlığı ilə bağlı mini-turnir keçirməyi planlaşdırır.

ABŞ-da təşkili nəzərdə tutulan turnirin daha çox gəlir gətirəcəyi ehtimal edilir. UEFA sponsorluq üçün "Relevent Sports"la anlaşmaq istəyir. Şirkət 2013-cü ildən yeni mövsüm öncəsi fərqli ölkələrdə keçirilən Beynəlxalq Çempionlar Turunun da əsas sponsorlarından biridir.

Son xəbərlər

Orphus sistemi